Şənbə , 14 Mart 2026
Drone Cameras

NATO-nun xüsusi nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qətiyyətlə dəstəkləyirik

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qətiyyətlə dəstək verir.

Boyukmillet.com xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir”, – Xavyer Kolomina bildirib.

Check Also

Paşinyan Simonyanı İstanbula niyə göndərir – MÜHÜM GƏLİŞMƏ

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn ay İstanbula səfər edəcəyi dəqiqləşib. …