Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ukrayna ilə Albaniya dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Albaniyanın Baş naziri Edi Rama Tiranada iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalayıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqram səhifəsində məlumat verib.

“Baş nazir Edi Rama ilə görüş zamanı Ukrayna və Albaniya arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb”, – o qeyd edib.

V.Zelenski vurğulayıb ki, danışıqlar zamanı Ukraynanın müdafiə ehtiyacları və birgə silah istehsalı imkanları da müzakirə olunub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …