Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb.

Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …