Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Çinin müvəqqəti işlər vəkili: Azərbaycanla münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün tarixi fürsət yaranıb

“Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi istiqamətində ciddi işlər görülür. Çin və Azərbaycan ikitərəfli münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət əldə ediblər.

Boyukmillet.com xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Çinə siyasi dəstək göstərir:

“Çin Azərbaycanın beynəlxalq nüfuzunu alqışlayır və COP29 çərçivəsində Azərbaycanı dəstəkləyir. Bu gün “Bir kəmər, bir yol” təşəbbüsünün Transxəzər marşrutu ilə birləşdirilməsi istiqamətində ciddi işlər görülür. İki ölkə arasında alternativ enerji mənbələri istiqamətində əməkdaşlıq mövcuddur. Azərbaycan Çində 5 ticarət evi açıb. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb, 3,1 milyard dollar təşkil edib. Bu da 43 faiz artım deməkdir”.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …