Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 62,54 manat təşkil edir.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 6-sı, saat 15:05-ə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 6-sı, saat 15:05-də qeyd olunan ünvanda baxılacaq.