Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər.

Qazaxıstan platformasını qiymətləndirərkən qeyd etmək lazımdır ki, bu ölkənin artıq belə danışıqların aparılması ilə bağlı təcrübəsi var: “Qazaxıstanda Suriyada münaqişə edən ölkələr arasında danışıqlar və İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bizim təcrübəmiz var ki, ölkə münaqişə tərəflərinə deyil, konsensus, kompromis tapmaq, saziş imzalamaq istəyənlərə vasitəçilik xidməti göstərib”.

Z.Karajanovun sözlərinə görə, Azərbaycan və Ermənistan məsələsində Qazaxıstanın yaxşı üstünlüyü var – ölkə hər iki ölkə ilə yaxşı münasibətdədir, ona görə də Almatı platformasından istifadə etmək olar.

Ekspert ölkələr arasında sərhədlərin delimitasiyası prosesi məsələsinə də toxunub: “Artıq sərhədlərin delimitasiyası ilə bağlı razılıq əldə olunub. Razılaşdırılmamış ərazilər qalır, lakin hər iki tərəf bütün problemləri konstruktiv formatda həll etməyə hazırdır, ona görə də sülh prosesinin sürətlənməsi mümkündür”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …