Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Aralıq dənizində zəlzələ olub

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Check Also

İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib

İran ABŞ-nin atəşkəs təklifini rədd edərək, müharibənin ölkənin maraqları nəzərə alınmaqla tam başa çatdırılmasının zəruriliyini …