Bazar , 15 Sentyabr 2024
Drone Cameras

Azərbaycanda kütləvi təklif olunan səhmlərin alınması üçün depo hesablarının açılması pulsuz olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Check Also

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və …