Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Estoniya prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Estoniya Prezidenti Alar Karis İslahatlar Partiyasından olan Kristen Mixalın rəhbərlik edəcəyi yeni hökuməti təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya milli dövlət televiziya və radiosunun portalı ERR məlumat yayıb.

Məlumata görə, hökumət Estoniya Sosial Demokrat Partiyası (ESDP), İslahatlar Partiyası və “Eesti 200”-ün daxil olduğu hakim koalisiya tərəfindən formalaşdırılıb.

Qeyd olunur ki, yeni Nazirlər Kabineti iyulun 23-də Riyqikoqunun (Estoniya parlamenti) növbədənkənar iclasında and içdikdən sonra işə başlayacaq.

Qeyd edək ki, K.Mixal bu postda Kay Kallası əvəz edəcək. Kallas Aİ-nin xarici siyasət xidmətinin rəhbəri təyin olunduqdan sonra vəzifəsindən ayrılmışdı.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …