Bazar ertəsi , 16 Sentyabr 2024
Drone Cameras

Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.


Səfər çərçivəsində nazir, həmçinin Qusar rayon icra və probasiya, eləcə də qeydiyyat şöbələrinə və Qusar Rayon Məhkəməsinə baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Check Also

Ötən ay 145 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb

Bu ilin avqust ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min nəfərdən çox …