Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin Xarici siyasət şöbəsi respublikanın müharibəyə hazırlıq dərəcəsini artırmaq üçün nüvə potensialını artırması barədə xəbərdarlıq edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Şöbənin “düşmən qüvvələrin hər hansı bir seçiminə daha güclü əks tədbirlərlə cavab verəcəyik” adlı rəsmi məlumatında deyilir: “Nüvə təhlükəsinin güclənməsi və bir tərəfin təxribatçı nüvə hazırlığının koordinasiyası digər tərəfin nüvə ehtiva edən qüvvələrinin gücləndirilməsinin, nüvə müharibəsinə girməyə tam hazır olmasının vacibliyini vurğulayır”.
Məlumat ABŞ və Cənubi Koreyanın 30 iyul – 1 avqust tarixlərində Cənubi Koreyanın Kyoonqido əyalətindəki Birləşmiş Ştatların hərbi bazasında Şimali Koreyanın nüvə silahının istifadəsinə cavab olaraq nüvə əməliyyatının təqlidi ilə “Iron Mace” təlimlərinin keçirilməsi ilə əlaqədar yayılıb.
Təlimlər aprelin 26-da Vaşinqtonda keçirilən Amerika-Cənubi Koreya sammitinin yekunları üzrə yaradılan nüvə planlaşdırması üzrə Məşvərət Qrupu çərçivəsində keçirilib.
“Bu, ABŞ və Koreya Respublikası arasında nüvə müharibəsi planının olduğunu göstərir. KXDR nüvə zərbəsi ilə praktik və konkret həyata keçirilmə mərhələsinə qədəm qoydu”, – agenlik yazıb.