Böyük Britaniya daha 10 Rusiya gəmisini “qara siyahı”ya əlavə edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin saytında yerləşdirilən yenilənmiş sənəddə qeyd edilib.
Bununla da, ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirib.
İddialara görə, gəmilər Ukraynada sabitliyi pozmağa yönəlik fəaliyyətlərdə iştirak edirlər. Onun suverenliyi və müstəqilliyinə təhlükə yaradır. Məlumata görə, onlar üçüncü ölkələrə Rusiya mənşəli neft və neft məhsullarını daşıyırlar.