Çərşənbə , 9 Aprel 2025
Drone Cameras

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb

İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb.

UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub. Bununla da bu ilin yanvarında qüvvəyə minmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.

Check Also

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq …