Cümə , 5 Dekabr 2025
Drone Cameras

ABŞ-da Rusiyaya qarşı sanksiya qanununu noyabrın sonlarında səsvcerməyə çıxarılacaq

ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü spiker Mayk Consonun iştirkaı olmadan yaxın həftələrdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsini səsə qoymaq niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, məlumatı konqresmen Brayan Fitspatrik (respublikaçı-red.) bildirib. O, X-də qeyd edib ki, qanunvericilər spikerin ofisinə müvafiq qanunvericilik təşəbbüsü təqdim etdikləri barədə “rəsmi olaraq məlumat veriblər”. Sənəddə layihənin Consonun təsdiqi olmadan səsə qoyulması tələb olunur. Bunun baş verməsi üçün qətnamə 218 qanunverici tərəfindən dəstəklənməlidir.

Fitspatrik əlavə edib ki, konqresmenlər qrupu ABŞ-da noyabrın dördüncü cümə axşamı (2025-ci il noyabrın 27-si) qeyd olunan Şükranlıq bayramından qayıtdıqdan dərhal sonra Rusiyaya qarşı sərt sanksiyalar barədə səsvermə keçirilməsini tələb edir. Nümayəndə Don Bekon (Respublikaçı-Nebraska) təşəbbüsü dəstəkləməyə hazır olduğunu bildirib.

“Politico”nun məlumatına görə, hər iki partiyadan olan digər konqresmenlər də bunu etməyə hazırdırlar. Onlar digər Rusiya əleyhinə qanun layihələrinə qarşı da oxşar tədbirlər görə bilərlər.

21 noyabrda Conson “The Hill” qəzetinə verdiyi müsahibədə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə əvvəlcə Nümayəndələr Palatasında deyil, ABŞ Senatında səs verməyin daha asan olacağına inandığını bildirib.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …