ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı niyyətlərini açıq şəkildə ortaya qoyaraq, adanın Vaşinqton üçün həyati əhəmiyyət daşıdığını bildirib.
Boyukmillet.com xəbər verir ki, Tramp Qrenlandiyanın ABŞ-ın qlobal raketdən müdafiə strategiyasında əsas rol oynadığını və yeni qurulan “Qızıl Qübbə” (Golden Dome) sisteminin effektivliyini kəskin artıracağını deyib.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqton ölkə üzərində tam müdafiə qalxanı yaratmaq niyyətindədir. Onun sözlərinə görə, mümkün raket hücumları havadaca, “kibrit çöpü kimi” zərərsizləşdiriləcək:
“Bu, ABŞ üçün son dərəcə vacibdir. Biz ‘Qızıl Qübbə’ni qururuq. Əgər kimsə raket buraxmaq istəsə, onlar havada kibrit kimi vurulacaq. Qrenlandiyanın mövcudluğu bu sistemi daha da gücləndirir”, – deyə Tramp bildirib.
Tramp həmçinin keçmiş ABŞ prezidenti Ronald Reyqanı xatırladaraq, onun illər əvvəl oxşar raketdən müdafiə ideyası irəli sürdüyünü, lakin zamanını qabaqladığını vurğulayıb. ABŞ liderinin sözlərinə görə, indiki şəraitdə həmin ideya artıq reallığa çevrilir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
