Tehran ABŞ-ın istənilən hücumunu, miqyasından asılı olmayaraq ümumi müharibənin başlanğıcı hesab edəcək.
Boyukmillet.com xəbər verir ki, bunu yüksək vəzifəli iranlı məmur “Reuters” agentliyinə açıqlamasında bildirib.
Məmur xəbərdarlıq edib ki, belə bir addım regionda gərginliyi kritik həddə çatdıracaq və qarşı tərəfin cavabı ciddi olacaq.
Onun sözlərinə görə, İran silahlı qüvvələri artıq yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ordu ən pis ssenariyə hazırlaşır.
Məmur əlavə edib ki, Tehran ABŞ və İsrailin mümkün hərbi addımlarına qarşı bütün imkanlarını səfərbər etməyə hazırdır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
