Bazar , 25 Yanvar 2026
Drone Cameras

Rusiya Dövlət Dumasından Paşinyana xəbərdarlıq

Rusiya Dövlət Duması Ermənistanda dövlət çevrilşi ittihamları ilə üzləşən iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının “Yeni adamlar” fraksiyası hesab edir ki, Karapetyana qarşı açılan cinayət işi açıq şəkildə siyasi motivlidir.

Picture background

Dövlət Dumasının sədr müavini və “Yeni adamlar” fraksiyasının lideri Vladislav Davankov bildirib ki, Samvel Karapetyanın işi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. “Biz görürük ki, bu işdə siyasi motivlər var. Karapetyan faktiki olaraq təzyiqlərə məruz qalır və biz istintaqın tez, şəffaf və ədalətli aparılmasını tələb edirik”, – deyə Davankov vurğulayıb. Onun sözlərinə görə, deputatlar Karapetyanın işinə obyektiv və qərəzsiz baxılmasının tərəfdarıdırlar.

Parlament üzvləri, həmçinin yaxın vaxtlarda Rusiyaya səfər etməsi gözlənilən Ermənistan parlamentinin sədri ilə keçiriləcək görüşdə Samvel Karapetyanın məsələsini müzakirə etməyi planlaşdırırlar.
Karapetyan 2025-ci ildə həbs edilib. Ona qarşı irəli sürülən əsas ittiham hakimiyyəti devirməyə çağırışlar səsləndirməkdir.İstintaq orqanlarının iddiasına görə, Karapetyan açıq çıxışlarında Ermənistanın hazırkı rəhbərliyinə qarşı sərt mövqe tutub və siyasi sabitliyi pozmağa yönələn bəyanatlar verib. Həbsindən sonra Ermənistan hakimiyyəti Karapetyanın əsas aktivlərindən biri olan Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesinə başlayıb. Rəsmi İrəvan şirkətin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edildiyini bildirir. Hazırda ev dustaqlığına buraxılmış Karapetyan isə ittihamları qəbul etmir və işin siyasi sifariş əsasında açıldığını bəyan edir.

Check Also

İrana qarşı HAZIRLIQ – ABŞ bölgəyə bu silahları GÖNDƏRİR

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Vaşinqton bölgəyə əlavə …