Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək.

“Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, martın 5-i günorta radələrində Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …