Şənbə , 28 Mart 2026
Drone Cameras

İsrail ordusu kəskin kadr çatışmazlığı yaşayır – Baş Qərargahdan xəbərdarlıq

İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövcud kadr çatışmazlığına həll yolu tapılmasa, tezliklə müdafiədə böyük problemlərlə üzləşə bilər.

Boyukmillet.com xəbər verir ki, bu xəbərdarlıqla İMQ Baş Qərargah rəisi Eyal Zamir təhlükəsizlik məsələləri ilə bağlı kabinet iclasında çıxış edib. O, İMQ-nin dağıla biləcəyini və bu məsələnin həll edilməli olduğunu bildirib.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, İMQ mənbələri həmçinin nəşrə bildiriblər ki, xüsusilə davam edən müharibə nəzərə alınmaqla, kəskin kadr çatışmazlığı səbəbindən vəziyyət olduqca narahatedicidir. Hətta sülh dövründə belə, İsrailin Qəzza zolağı, Livan, Suriya və İordan çayının Qərb sahili ilə sərhədlərini qorumaq üçün daha çox əsgərə ehtiyacı olacaq. Mənbələr qeyd edib ki, əgər hökumət qoşun sayını artırmasa, müəyyən müdafiə sahələrində ciddi boşluqlar yaranacaq.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …