Çərşənbə axşamı , 14 Aprel 2026
Drone Cameras

Şimali Kipr XİN: BMT-nin sülhməramlı qüvvələri bitərəflik prinsipindən uzaqlaşıb

Şimali Kipr adada fəaliyyət göstərən BMT-nin sülhməramlı qüvvələrinin (UNFICYP) Çayhan düzənliyini “bufer zonası” adlandırmasının qəbuledilməz olduğunu bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında vurğulanıb.

“Şimali Kipr torpağı və suverenliyimiz altında olan Çayhan düzənliyinin “bufer zonası” kimi xarakterizə edilməsi və bu ərazidə təhlükəsizlik qüvvələrimizin icazəsiz fəaliyyət həyata keçirdiyi iddiası qəbuledilməzdir”, – bəyanatda qeyd olunub.

XİN-in bəyanatında bildirilib ki, BMT-nin sülhməramlı qüvvələri sözügedən açıqlaması ilə bitərəflik prinsipindən uzaqlaşdığını açıq şəkildə nümayiş etdirmiş olub.

“Şimali Kipr tərəfini əsassız iddialarla hədəf göstərən bu mövqe qurumun Kiprin türk xalqı qarşısında nüfuzunun yüksəldilməsinə kömək etmir… Qurumun məsələ Kiprin türk tərəfi olduqda ittihamedici və qərəzli mövqe sərgiləməsini qınayırıq”, – XİN-dən qeyd edilib.

Nazirlik BMT-yə sülhməramlı qüvvələrin Rəsmi Lefkoşanın xoş niyyəti çərçivəsində ölkədə fəaliyyət göstərdiyini xatırladaraq öz vəzifə və səlahiyyətlərinə hörmət etməyə çağırıb.

Daha əvvəl sülhməramlı qüvvələr “Şimali Kiprin təhlükəsizlik qüvvələrinin Birləşmiş Millətlər Təşkilatının bufer zonasına icazəsiz daxil olması müşahidə edildikdən sonra” patrul xidmətinin gücləndirildiyinə dair məlumat yaymışdı.

Check Also

Zelenski: NATO və Ukrayna PURL təşəbbüsü üzrə əməkdaşlığı dərinləşdirir

Ukrayna və NATO hava hücumundan müdafiənin (HHM) gücləndirilməsinə yönəlmiş PURL təşəbbüsü üzrə yenilənmələr hazırlayır. Boyukmillet.com …