Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üzrə missiyanın göndərilməsini təsdiqləyib

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistanda seçki proseslərinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə də daxil olmaqla hibrid təhdidlərə qarşı mübarizədə İrəvana dəstək verəcək yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.

Bu barədə Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir.

Missiya yaxın aylarda fəaliyyətə başlayacaq. Onun mandatı iki il müddətinə nəzərdə tutulub, rəsmi adı isə Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasıdır (EUPM Armenia).

Ermənistan ötən ilin dekabrında missiyanın bərpa olunması xahişi ilə Aİ-yə müraciət etmişdi. Brüssel və İrəvanda aparılan müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri ötən həftə müvafiq qərarı yekdilliklə təsdiqləyiblər.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …