Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İsraildəki ABŞ səfirliyi işini dayandırdı

Qüds və Təl-Əvivdəki ABŞ diplomatik nümayəndəlikləri bu gün bağlı olacaq.

Boyukmillet.com xəbər verir ki, qərar İranın dünən axşam İsrailin şimalına hücumlarından sonra verilib.

Elan İsraildəki ABŞ səfirliyinin rəsmi saytında yerləşdirilib.

Orada həmçinin qeyd olunub ki, diplomatların ailələrinə növbəti raket hücumları halında evdə qalmaq və sığınacaqların yaxınlığında olmaq tapşırılıb: “İsraildəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq ABŞ səfirliyi bütün ABŞ hökumət işçilərinə və onların ailələrinə evdə qalmağı və hava hücumu siqnalı baş verərsə, növbəti xəbərdarlığa qədər təhlükəsiz bir yerə köçməyə hazır olmağı tövsiyə edib”.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …