Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Tramp yenidən Ukrayna münaqişəsinin həllinə nikbin yanaşır

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ehtimalına nikbin yanaşır.

Boyukmillet.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” qəzeti Ağ Evdəki mənbəyə istinadən yayıb.

Amerika rəsmisinin sözlərinə görə, Amerika lideri və onun komandası münaqişənin sona çatmasında konstruktiv rol oynamağa və hər iki tərəflə əlaqə saxlamağa hazırdır. Mənbə qeyd edib ki, Tramp sülh sazişi perspektivlərinə nikbin yanaşır.

“The Wall Street Journal” qəzeti ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinə münaqişənin sona çatmasını istədiyini söylədiyini bildirib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …