Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Senatı Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsi üzrə prosedur səsverməsi keçirilib.

Boyukmillet.com  xəbər verir ki, səsverməni “C-SPAN” telekanalı yayımlayır.

Proses hələ başa çatmayıb, lakin artıq 60-dan çox senator qanun layihəsi üzrə debatların qısaldılmasının lehinə çıxış edib – bu qədər “lehinə” səs yekun səsvermənin keçirilməsini planlaşdırmaq üçün kifayətdir.

Onun həftənin sonunadək keçirilə biləcəyi gözlənilir.

Sənədin mətninə əsasən, prezident ABŞ-yə idxal olunan Rusiya mallarına 500 %-dək, həmçinin Rusiya neft və qazının ən böyük beş alıcısına və sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı əlavə 100 %-lik rüsumlar tətbiq edə biləcək.

Qanun layihəsi, həmçinin 1996-cı il İrana qarşı sanksiyalar haqqında qanunun qüvvədə olma müddətini 2031-ci ilə qədər uzadır. Sənəd İranla biznes aparan qeyri-Amerika şirkətlərinə qarşı ikinci dərəcəli iqtisadi sanksiyaları nəzərdə tutur. Qanunun qüvvədə olma müddəti bu il başa çatırdı.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …