İran ordusu Bəhreyndə yerləşən ABŞ-a məxsus hərbi hava bazasına zərbələr endirib.
Boyukmillet.com xəbər verir ki, hücumlar zamanı “Şeyx İsa” bazasındakı elektrik generatorları, naviqasiya sistemləri, həmçinin amerikalı hərbçilərin inzibati və köməkçi binaları hədəf alınıb. Bu barədə İranın “Press TV” nəşri məlumat yayıb.
Qeyd olunur ki, zərbələr “Araş” pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
