Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Tramp ABŞ-nin silah ehtiyatlarının tükənməsinə dair iddiaları təkzib edib

ABŞ Prezidenti Donald Tramp bir sıra KİV-lər tərəfindən daha əvvəl yayımlanmış, Birləşmiş Ştatlarda silah ehtiyatlarının guya tükənməsi barədə məlumatı təkzib edib.

Boyukmillet.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social”da yazıb.

O bildirib ki, ABŞ əhəmiyyətli sursat ehtiyatlarına, xüsusən də onların ayrı-ayrı növlərinə malikdir, həmçinin onların istehsalını artırmağa davam edir.

D.Trampın sözlərinə görə, müdafiə şirkətləri ölkədə rekord sayda zavod və istehsal müəssisəsi inşa edir, sursat tədarükü isə zərurət yarandıqca həyata keçirilir:

“ABŞ-nin nəhəng sursat ehtiyatları, xüsusən də onların bəzi növləri üzrə ehtiyatları var. Bundan əlavə, zərurət yarandıqca böyük həcmdə sursat istehsal olunur və ABŞ-yə tədarük edilir. Müdafiə şirkətləri ölkəmizdə bütün tarix boyu rekord sayda zavod və istehsal müəssisələri inşa edirlər”.

ABŞ lideri həmçinin silah çatışmazlığı barədə məlumatın yayılmasında əli olan şəxslərin axtarıldığını bəyan edib: “Bu bəyanatları yayanlar axtarılır və həbslərinə nail olacağıq”.

“Reuters” agentliyi daha əvvəl mənbələrə istinadən məlumat verib ki, ABŞ ordusu İranla münaqişə zamanı uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini sərf edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …