Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Avropadakı müttəfiqlərinə raket sistemlərini uyğunlaşdırmağa icazə verə bilər

Ağ Ev Avropadakı müttəfiqlərinə buraxılış qurğularını ABŞ istehsalı olan raket və mərmilərdən istifadə üçün uyğunlaşdırmağa icazə vermək imkanını nəzərdən keçirir.

Boyukmillet.com-un Euractiv-ə istinadən verdiyi məlumata görə, qaydaların yumşaldılması NATO-nun əsas problemlərindən birini aradan qaldıra və alyans ölkələri arasında sursat mübadiləsini asanlaşdıra bilər.

Hazırda bəzi NATO ölkələri ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemlərindən istifadə edir, digər ölkələr isə İsrailin PULS sistemlərini tətbiq edir və ya öz buraxılış qurğularını hazırlayırlar. Bu isə sursatların universallığının təmin edilməsində çətinliklər yaradır.

Nəşrin məlumatına görə, Vaşinqton əvvəllər kommersiya səbəblərindən belə uyğunlaşdırmaya qarşı çıxıb. ABŞ sistemlərin yenidən təchiz edilməsinin yüksək xərclərindən, eləcə də məxfi proqram təminatının rəqiblərə açıqlanması ehtimalından narahat olub.

Bununla yanaşı, hazırda ABŞ raket sənayesinin böyük hissəsini Avropada yerləşdirmək imkanını nəzərdən keçirir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …