Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Boyukmillet.com-un məlumatına görə, bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabındakı paylaşımda qeyd olunub.

“Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətləri Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik!

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Türk Əsrini birlik və həmrəylik içində qururuq”, – paylaşımda qeyd olunub.

Check Also

Senatın etirazına baxmayaraq 177 milyonluq fond PAYLANDI: Avropa, Böyük Britaniya və Afrika siyahıda

Birləşmiş Ştatların Dövlət Departamenti ilkin olaraq beynəlxalq miqyasda insan hüquqlarının təşviqi üçün nəzərdə tutulmuş milyonlarla …