Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyə Suriya və İraqda sərhədlərin təhlükəsizliyi tam təmin edilənədək bu ölkələrdə hərbi mövcudluğunu qoruyub saxlayacaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti AFP-yə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ankara regional və sərhəd təhlükəsizliyi sahəsində zəruri şərtlərin yerinə yetirildiyini hesab etdikdə, Türkiyənin hərbi bazalarının statusu və regiondakı hərbi mövcudluğu yenidən nəzərdən keçiriləcək.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
