1983-cü ilin 25 yanvar tarixində “Lionlu qəssab” adlı nasist cəlladı Klaus Barbi həbs edildi. Klaus 40 ilə yaxın ədalət məhkəməsindən Latın Amerikasında gizlənə bilmişdi. O, burada da parlaq karyera quraraq Boliviya prezidentinin müşaviri vəzifəsini tuturdu. Məhkəmə qarşısına çıxarılan qocanın əslində Lion gestaposunun qəddar şefi olduğunu təxmin etmək mümkün deyildi. Barbi ömürlük həbsə məhkum edildi və 4 ildən sonra həbsxanada dünyasını dəyişdi. “Lion qəssabı” 40 ilə yaxın müddət ərzində gizlənsə də, gec də olsa, ədalət məhkəməsi qarşısında cavab verdi. Barbi keçmişdəki günahlarına və cinayətlərinə görə cavab verdi. Amma bəzi nasist canilər çox yaxşı gizləndilər və Avropanın ədalət Femidası onları məhkəmə qarşısına çıxara bilmədi.
Musavat.com Ölkə.az-a istinadən ədalət məhkəməsindən yaxasını kənara çəkməyi bacaran nasist canilərinin siyahısını təqdim edir.
Kim necə qaçdı
Müharibə bitdikdən sonra (ikinci dünya müharibəsi nəzərdə tutulur-red.) bir çoxları hərbi cinayətdə və bəşəriyyətə qarşı işlənmiş cinayətlərdə günahkar olan bir neçə yüz nasist fəalı Latın Amerikasına köçür. Üçüncü Reyxin yüksək çinli heç bir partiya və dövlət təmsilçisi gizlənə bilmədi. Birincisi, onların siması hamıya tanış idi və birinci növbədə onları axtarırdılar. Heç bir dövlət də ərazisində belə bir şəxs və ya şəxsləri gizlətməyə razı olmazdı. Bununla belə, XX əsrin sonlarına qədər mətbuatda Borman, Müller və Hitlerin möcüzə sayəsində xilas olduqları barədə məlumat dolaşırdı.
Şayiələrə rəğmən, onlar heç yerə qaçmamışdılar. Bormanın meyiti qəbirlərdən birində tapılır. O, bombardman nəticəsində dünyasını dəyişir. Müller isə ən çox geniş yayılmış versiyalardan birinə əsasən, özünə qəsd edir və qardaşlıq qəbiristanlığında dəfn edilir.
Reyxin digər yüksək rütbəli şəxsləri ya özünə qəsd edib, ya da müttəfiqlərin əlinə keçib. Müharibə bitdikdən bir neçə il sonra aşağı səviyyəli cinayətkarlar üçün imkan pəncərəsi hələ açıq idi və onlar bu vəziyyətdən istifadə etdilər. Hərbi əməliyyatlar və müharibədən sonra Almaniyanın işğalı böyük insan kütlələrinin yerdəyişməsi ilə nəticələndi. Əsir götürülmüş əsgərlər, müxtəlif ölkələrdən olan qaçqınlar, müxtəlif simalar-bu insan axınına qarışaraq aradan çıxmağı asanlaşdırırdı. Xüsusən də amerikan və sovet əsgərlərinə naməlum şəxslər üçün bu çox asan oldu. Bir qayda olaraq bu qaçqınlar Qərbi Almaniya torpaq sahiblərinin yanına işə düzəlir, sahələrdə işləyirdilər. Şəxsiyyəti müəyyən etmək lazım gələndə isə sovet işğalı altında olan ərazilərdən qaçdıqlarını bildirir, uydurma adlardan istifadə edirdilər. Əgər bu qaçqınlar SS sıralarında xidmət etmişdilərsə, özlərini Vermaxt əsgərləri kimi qələmə verirdilər. Yeni adla yeni sənəd alanlar ölkəni həmən tərk edirdilər. Onlar düşünürdülər ki, gec-tez Almaniyada kimsə onları tanıyacaq.
Müharibədən sonra dolaşan məşhur bir mifə əsasən cinayətkarlara ədalət məhkəməsi qarşısında cavab verməkdən yaxa qurtarmağa kömək edən heç bir vahid təşkilat olmayıb. Katolik rahiblər onların halına acıdıqları üçün cinayətkarların uzaq Latın Amerikasına yerləşmələrinə gizli surətdə kömək etdilər. Bu səbəbdən bu gün də bəzi “kəsəyən cığırları” “monastr cığırları” adlandırılır.
Vatikanın qaçqınlara yardım təşkilatı pərdəsi altında müəyyən rahiblər nasistlərə yardım edirdilər. Onları monastrdan monastra aparır, saxta sənədlər düzəldirdilər. Bu sənəd “Qırmızı Xaç” təşkilatı tərəfindən verilirdi. Sonra isə nasistləri limana aparır, buradan isə tam qanuni sənədlə və yeni adla Latın Amerikasına göndərirdilər.
Müharibədən sonra İspaniya və Argentina ən çox nasist qaçqınlarına qucaq açan ölkələr oldu. İspaniya lideri Franko vətəndaş müharibəsi illərində nasistlərin və faşistlərin kommunistlərə qarşı ona kömək etdiklərini unutmamışdı. İspaniya da ikinci dünya müharibəsində iştirak etməsə də, qaçqınları qəbul edirdi. Argentinaya gəldikdə isə, prezident Peron nasist fəallardan dövlət aparatını möhkəmləndirmək üçün istifadə etmək niyyətində idi.
Nasistləri “kəsəyən cığırı” ilə Latın Amerikasına yola salan iki rahib məlumdur. Onlardan biri avstriyalı Aloiz Xudal idi. Alois nasistləri və faşistləri milliyyətlərindən asılı olmayaraq aradan çıxarırdı. İkinci rahib xorvat əsilli Krunoslav Draqanoviç idi. O, serblərlə etnik və dini zəmində düşmənçilik aparan xorvat faşist təşkilatının üzvlərinə kömək edib.
Bununla belə, başqa ölkədə gizlənmək hələ işin yarısı idi. Çünki böyük cinayət siyahısına rəhbərlik edən nasistləri təkcə “Mossad” və digər kəşfiyyat orqanları yox, həm də nasist ovuna çıxan beynəlxalq təşkilatların nümayəndələri də axtarırdı. Bu ovçular öz kanallarından istifadə edərək nasist cinayətkarlarının axtarışı ilə məşğul idilər. Bu təşkilatlardan ən məşhuru Simon Vizentalın mərkəzi sayılırdı. Amma yenə də xüsusi xidmət orqanları və ictimai təşkilatların cəhdləri kifayət etmirdi.
Eyxmanın ən yaxın silahdaşlarından biri olub və əsasən Avropa yəhudilərinin ölüm düşərgələrinə deportasiyasına məsul idi. Brunnerin səyləri nəticəsində Fransa, Avstriya, Yunanıstan, Almaniya, Slovakiyadan yüz minlərlə yəhudi ölüm düşərgələrinə köçürüldü. Müharibədən sonra Brunner yoxa çıxdı. Onu axtarmağa başladılar. Aloiz gizləndiyi yer dəqiq bilinən nasist canilərindən idi. Brunner Suriyada gizləndi. Yerli hakimiyyət orqanları İsrail ilə pis münasibətlərinə görə onu ekstradisiya etmədilər. Hətta Aloizin ölkədə olmadığına dair rəsmi bəyanat da verildi. Bununla belə, Brunner artıq jurnalistlərə müsahibə vermişdi.
Müharibədən sonra Vermaxt əsgəri paltarı geyinən Aloiz amerikalılara əsir düşür. SS üzvləri üçün tipik olan qan qrupunun tatuajı Brunnerdə olmadığı üçün onu elə də ciddi yoxlamadılar. Buna görə də Aloiz SS zabiti kimi qəbul edilmədi.
Amerikalılardan yeni şəxsiyyət vərəqəsi alan Brunner Amerika hərbi bazasında yük maşınının sürücüsü işləyir. Almaniyada bir neçə il yaşadıqdan sonra tanınmaqdan qorxduğu üçün Qırmızı Xaçın saxta pasportu ilə qaçır. İlk olaraq o, İtaliyadan Misirə, sonra isə Suriyaya qaçır. Suriyada Aloiz hakim rejimlə yaxın münasibətlər qurur. Suriya Brunnerə ölüm hökmü kəsilən Fransa və İsrail ilə düşmən münasibətlərdə idi. Bu səbəbdən Aloizlə müstəntiqlərin görüşü alnmırdı.
Brunnerə qarşı iki dəfə sui-qəsd təşkil edildi. İçində partlayıcı maddə olan zərfi açan Aloiz gözündən və bir neçə barmağından məhrum oldu.
Almaniya Demokratik Respublikasının lideri Honneker Suriya lideri Hafiz Əsədlə hərbi cinayətkarın ekstradisiyası məsələsində danışıqlar aparırdı. Almaniya birləşdikdən sonra əlaqələr qırıldı.
Brunnerin dəqiq ölüm tarixi məlum deyil. Bəzi məlumatlara görə, Aloiz 2011-ci ildə, bəzilərinə görə isə 2010-cu ildə dünyasını dəyişib.
Riqa gettosunun komendantı, Riqa-Kayzervald ölüm düşərgəsinin komendantı olub. Bu düşərgə müasir Latviya ərazisində yerləşib.
Edvard Sovet ordusunun hücumundan əvvəl dəniz yolu düşərgədən qaça bilir. Reyxin son günlərində SS zabiti mundirini əynindən çıxarıb atır və Vermaxt əsgəri paltarı geyinərək Avstriyanın Qratse şəhərində dostlarının yanına yerləşir. Tezliklə amerikalılar tərəfindən əsir götürülsə də, adi əsgər olduğu üçün azadlığa buraxılır.
Bir müddət sonra Edvard Avstriyaya qayıdaraq yoldaşına dəymək qərarına gəlir. Amma ingilislər onu tanıyırlar. Roşmanı nasist cinayətkarların saxlandığı Daxau düşərgəsinə göndərirlər. Bu düşərgəni katolik rahib Aloiz Xudal ziyarət edir. Aloiz Xudal “kəsəyən cığırı”nın əsas təşkilatçılarından biri idi. Xudalın köməyi ilə Roşman düşərgədən qaçır və Genuyaya çatır. Burada isə gəmiyə minərək Argentinaya yollanır.
Edvard Argentinada şirkət quraraq bizneslə məşğul olur. O, adını dəyişir və onun yeni adı Federiko Veqener idi. Sonradan Roşman birinci arvadından boşanmadan ikinci dəfə evlənmək qərarına gəlir.
Almaniyada Veqeneri ikiarvadlılıqda ittiham edərək cinayət işi açdılar. Eyni zamanda məlum oldu ki, Veqener əslində Riqa gettosunun komendantı Roşmandır. Tezliklə Almaniya Federativ Respublikası Argentinaya Roşmanın ekstradisiyası üçün sorğu göndərdi. Məqsəd Roşmanı 3 mindən çox insanın ölümündə əli olduğu üçün mühakimə etmək idi.
Argentinanın Almaniya Federativ respublikası ilə məhkumların ekstradisiyası barədə müqaviləsi olmadığı üçün sorğuya baxılan müddət ərzində Roşman Paraqvaya qaça bildi. Burada isə tezliklə 68 yaşında dünyasını dəyişdi.
Sobibor əsir düşərgəsi komendantının köməkçisi Qustav qəddarlığına görə Vəhşi ləqəbini almışdı. Sağ qalan əsirlər Vaqneri sadist kimi xarakterizə edirlər. Əsir düşərgəsində bir neçə yüz min insan məhv edilib. Müharibədən sonra Qustav amerikalılar tərəfindən əsir götürülüb. Əsir düşərgəsinin komendantı Frans Ştangl ilə birlikdə Vaqner rahib Xudal tərəfindən “kəsəyən cığırı” vasitəsilə İtaliyaya, oradan da Braziliyaya göndərildi. Braziliyada Qustav Günter Mendel adı altında yaşamağa başladı. Ştangl isə Suriyaya qaçdı və sonradan Braziliyaya yerləşdi.
Frans prinsipal olaraq adını dəyişmədi və heç kəsdən gizlənmədən yaşadı. 60-cı illərdə nasist ovçuları tərəfindən tanındı və Almaniya Federativ respublikası tərəfindən esktradisiyası üçün sorğu göndərildi. Onu ömürlük həbsə məhkum etdilər.
Vaqner bir az uzun müddət gizlənə bildi. 70-ci illərin sonunda onu da tapa bildilər. Nasist cinayətkar həbs edildi. İsrail, Almaniya Federativ Respublikası, Avstriya və Polşa onun ekstradisiyası üçün baş vurdu.
Vaqner məşhurlaşdı və mətbuata müsahibələr verdi. Müsahibələrində isə bir qram da peşman olmadığını bildirirdi. Ekstradisiya sorğusuna Braziliya rədd cavabını verdi. Amma 1980-ci ildə 69 yaşı Vaqneri ürəyinə sancılmış bıçaq ilə tapdılar. Hadisə San-Paulu şəhərində baş vermişdi. Rəsmi olaraq nasistin özünə qəsd etdiyi versiyası səsləndirildi.