Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.iki il fəaliyət göatərərn “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880),”Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana gəldi. İşğal altında olan Azerbaycan mətbuatı Sovetler Birliyi dönəmində də ənənəni qorumağa çalışdı. Amma 80 illərin sonunda Azadlığımız uğrunda mübarizədə milli mətbuatımız yenidən öz sözünü dedi. Azadlıq , Azərbaycan, Ata Yurdu kimi qəzetlər milli düşüncənin formalaşmasında azadlığımzın təbliğində böyük içşər gördü. Bu yolda Nəcəf bəy Nəcəfovun, Sabir Rüstəmxanlının və başqalarının rolu az deyildir. Bu günümüzdə belə çap mətbuatı yaşamaqda davam edir ənənəni qoruyur. Milli mətbuatlmız həm çap, həm də elektron mətbuatdan ibarət olmaqla bir bütündü.Mən Tuaran Partiyası adına yazılı və elektron Milli Mətbuatımızın bütün qurum və quruluşlarını, yazarlarını, işçilərini Milli Mətbuat gününün 145 ilində Təbrik edirəm. İnanıram ki, yazılarınız milli bütünlüyümüzə, ordumuzun qələbəsinə, Azerbaycanımızın bütünlüyünə, Demokaratiyaya, Turana yönələcək. Bu yolda hər birinizə başarılar diləyirəm.
Cahandar Bayoğlu Turan Partiyası G Başqanı