Cümə , 5 Dekabr 2025
Drone Cameras

Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …