Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var

Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində azı 12 insan həlak olub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Tiempo” qəzeti bildirib.

Qəzetin məlumatına görə, hadisə Tumako (Narino qərb departamenti) bələdiyyəsi yaxınlığında olub. Həlak olanlar arasında həddi-buluğa çatmayan yeddi nəfər də var. Hadisə zamanı 30 sərnişin xilas edilib. Xilasedicilərin ehtimalına görə, qəza nəticəsində təxminən 30 nəfər itkin düşüb.

Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …