Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ötən il xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib

Müxtəlif səbəblərdən xarici ölkələrdə dünyasını dəyişən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman həssaslıqla yanaşır.

Bu barədə  Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2020-ci ildə xaricdə yaşayan bir neçə azərbaycanlının ölüm xəbəri gəlib. İstər diaspor təşkilatlarından, istərsə də vəfat edən şəxslərin ailə üzvlərindən əzizlərinin, yaxınlarının nəşinin vətənə gətirilməsi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan hər bir müraciətə anında cavab verilib.

2020-ci ildə Komitə və müxtəlif ölkələrdəki diaspor təşkilatları xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib. Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və Rusiyada dünyasını dəyişən soydaşlarımızın vətəndə torpağa tapşırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də bir çox diaspor təşkilatları lazım olan vəsaiti ödəməyi də öz üzərinə götürüb.

Bu proses təkcə müəyyən vəsaitlərin ödənilməsi ilə müşayiət olunmur, burada cənazələri gətirən şəxslərin də ölkəyə gəlişinin təşkil edilməsi, bununla bağlı müvafiq qurumlarla danışıqların aparılması da vacibdir. Komitə ötən il yaxınlarının nəşini Azərbaycana gətirən onlarla soydaşımızın heç bir çətinliklə qarşılaşmadan tez bir zamanda ölkəyə gəlməsi üçün lazım olan bütün addımları atıb.

Qeyd edək ki, xaricdə dünyasını dəyişən azərbaycanlıların ölüm səbəbləri intihar, qətlə yetirilmə, suda və qazdan boğulma, koronavirus infeksiyası, eləcə də bəzi digər xəstəliklər olub.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …