Cümə , 5 Dekabr 2025
Drone Cameras

“Dağlıq Qarabağın statusunu indi müzakirə etmək olmaz” – Rusiyanın eks-prezidenti

Rusiya Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev Qarabağdan danışıb.

Boyukmillet.com xəbər verir ki, o, Dağlıq Qarabağın statusunun gələcəkdə həll olunacağını söyləyib.

“Dağlıq Qarabağın status məsələdi yaxın vaxtlarda həll oluna bilməz və indi bunu müzakirə etmək olmaz”-deyə Medvedev söyləyib.

Eks-prezident Türkiyənin Qarabağ münaqişəsinin həllində önəmli rola malik olmasını da etiraf edib.

“Türkiyə bizim vacib partnyorumuzdur, Azərbaycana yaxındır və bu faktları nəzərə almamaq olmaz. Bu gün regionumuzda olan reallığı nəzərə almalıyıq. Reallıq isə bu məsələnin Türkiyədən olan partnyorlarımızla müzakirə etməli olduğumuzu göstərir”.  

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …