Deputat Azay Quliyev parlametin bu gün keçirilən iclasında Türkiyə Azərbaycan arasında imzalanan sənəd barədə danışıb.
Boyukmillet.com xəbər verir ki, Azay Quliyevin sözlərinə görə, imzalanan sənəd həm Azərbaycan, həm də Türkiyə üçün gələcəkdəki hədəflərə çatmaq üçün çərçivə rolunu oynayacaq:
“İstənilən informasiya müharibəsində ayrı-ayrı dövlətlər arasında olan əməkdaşlıq çox vacibdir. 44 günlük müharibə dövründə də biz bunu gördük. Qardaş Türkiyə bizə informasiya savaşında da bizə dəstək verdi. Prezident İlham Əliyev müharibə dövründə diplomatiya sahsəsində də savaş verdi. Bu savaşda tək idi. Türkiyə media təmsilçiləri isə İlham Əliyevə bu sahədə çox böyük dəstək verdi. Bu memorandumda konkret birgə əməkdaşlığın təməl prinsipləri müəyyənləşib. Bu gün informasiya müharbəsi davam edir”.
Deputat bu müharibənin arealının daha da genişlənəcəyini vurğulayıb:
“Azərbaycanda MEDİA- agentliyinin yaradılması da bu baxımdan əhəmiyyətılidir. Bu agentlik türkiyəli həmkarlarla iş qurmaq üçün İş planı hazırlamalıdır. Bu gün informasiya savaşında Türkiyənin dəstəyinə daha çox ehtiyacımız var. Türkiyə-Azərbaycan işbrliyi nəticəsində Vətən müjaribəsinin olduğu kimi həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq. Bu memorandumun imzalanması bizim üçün tarixi əhəmiyyətlidir”.