Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Abşeron Mühafizə Polisinə yeni rəis müavini təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Tural Şahbəndiyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində polis polkovniki Oqtay Dilavərov çalışırdı. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …