Boyukmillet.com xəbər verir ki, 61 saylı Neftçala seçki dairəsindən MM-in deputatı, Xalq şairi Sabir Rüstəmxanlı yanvarın 7-də Neftçalanın Həsənabad qəsəbəsində yaşayan “Vətən Müharibəsi Qəhrəmanı”, XTQ-in əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilmiş şəhid Camal İsmayılovun ailəsinə baş çəkmişdir. Millət vəkili şəhidin atası Vidadi kişi, anası Filarə xanımla həmsöhbət olub. Valideynlər söhbətində bildiriblər ki, Camalın 18 il XTQ-də xidmət etmiş, dünyanın bir neçə ölkəsində hərbi kurslarda, təlimlərdə iştirak etmışdir. O rus, erməni, ingilis, türk dillərində sərbəst danışa bilib. Övladı Camalın qəhrəmanlıqlarla dolu döyüş yolundan söz açan Filarə xanım Camaldan yadigar 3 nəvəsinin qaldığını qeyd edib. Deputat S.Rüstəmxanlı şəhid Camal İsmayılovun təkcə Neftçalanın deyil, bütün Azərbaycanın qüruru, fəxri olduğunu bildirib və 44 günlük Vətən müharibəsinə həsr etdiyi çapdan təzə çıxmış “Qarabağa dönüş” adlı kitabını şəhid ailəsinə hədiyyə edib. Söhbət əsnasında S.Rüstəmxanlı şəhid ailəsinin problemlərini dinləyib və bu problemlərin həllinə yardımçı olacağını bildirib. Sonda Sabir Rüstəmxanlı yaxın vaxtlarda Camal İsmayılovun büstünün hazırlanacağını və qəsəbənin şəhidlər xiyabanına qoyulacağını deyib. Şəhid ailəsi deputata minnətdarlıqlarını bildiriblər.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …