Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət gücləndirilməlidir

Hazırda ölkəmizdə həyata  keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır . Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün  ölkəmizdə korrupsiyaya qarşı mübarizə  dövlət siyasətinin prioritetini təşkil edir. Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu sosial bəlanın tarixi çox qədimdir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədrinin müşaviri Samir Şahverdiyev  Boyukmillet.com-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir. Azərbaycan prezidenti İlham Əliyev demək olar ki, keçirilən bütün tədbirlərdə korrupsiya və rüşvətxorluğa qarşı daha sərt tədbirlərin görüləcəyini bildirib və bu sahədə ciddi mübarizə aparılmasına dair göstərişlər verib. Təbii ki, ölkə başçısı bu məsələdə ictimaiyyəti daha aktiv olmağa və həyata keçirilən əhəmiyyətli layihələrdə Azərbaycan cəmiyyətinin ictimai nəzarəti artırmağa səsləyib.

Daha sərt cəza tədbirləri ilə yanaşı ictimai resurslarında nəzarət mexanizminin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə edilcəkdir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …