Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyəti ilə tanış olmaq üçün fevralın 9-da N saylı artilleriya hərbi hissəyə səfər təşkil edilib.
Boyukmillet.con xəbər verir ki, əvvəlcə düşmənin sentyabrın 27-də növbəti təxribatı zamanı olduğu kimi, hərbi hissənin şəxsi heyətinə həyacan siqnalı verilib.
Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları praktiki nümayiş etdirilir.