Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Meksikada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” təyyarəsi qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “El Universal” qəzeti polisə istinadən bildirib.

Məlumata görə, hadisə ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri gəlib.

Meksikanın Müdafiə Nazirliyi hələlik qəzanı şərh etməyib. Faciənin başvermə səbəbləri barədə məlumat yoxdur.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …