“İRS” folklor ansamblınnın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb.
Bildirilib ki, S.Mustafayev COVID-19-dan dünyasını dəyişib.
Xatırladaq ki, o, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib.
Həmçinin bir neçə gün əvvəl S.Mustafayevin həyat yoldaşı Fəridə Mustafayeva bir neçə gün öncə, qızı Təravət isə ötən il noyabr ayında COVID-19-dan vəfat ediblər.
Allah rəhmət eləsin.
Qeyd edək ki, S.Mustafayev 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1976-cı ildə Rəşid Nəsiboğlu ilə Balaxanı qəsəbəsində qədim alətlərdən ibarət olan “İRS” folklor ansamblı yaradıblar. Vaxtilə “İRS” ansanblı ilə Türkiyəyə, İsveçrəyə, İrana, dünyanın bir çox ölkələrinə səfərlər ediblər.
2011-ci ildə Sidqi Mustafayev “Ən vətənpərvər ansambl rəhbəri” nominasiyasında qızıl medala layiq görülüb. 14 sentyabr 2015-ci ildə “Əməkdar Mədəniyyət işçisi ” adına layiq görülüb.