Cümə , 22 Noyabr 2024
Drone Cameras

Amerika “əfqan bataqlığından” çıxmaq istəyir – Bayden Talibanla gizli anlaşıbmı…

ABŞ Prezidenti Cozef Baydenin qərarına əsasən ABŞ ordusu birləşmələri mayın 1-dən etibarən Əfqanıstanı tərk edəcək. Plana əsasən proses sentyabra qədər davam edəcək. Sentyabrın 11-də, yəni 11 sentyabr olaylarının 20-ci ilinin tamam olduğu gün ABŞ ordusu qüvvələri Əfqanıstanı tərk etməlidir. Lakin belə görünür ki, ABŞ ordu komandanlığı prezident Baydenlə həmfikir deyil.

ABŞ mediasının yazdığına görə, ordu komandanlığı qoşunların Əfqanıstandan çıxarılmasının bu ölkədə onsuz da kövrək olan sabitliyə mənfi təsir edəcəyini ehtimal edir. Ən böyük narahatlıq isə Talibanın yenidən hakimiyyətə qayıtması ehtimalıdır.

Medianın iddiasına görə, ordu komandanlığı qoşunların Əfqanıstanda qalmasının tərəfdarıdır. Lakin Bayden generalların narahatlığını nəzərə almayıb və qoşunların çıxarılması ilə bağlı mövqeyini dəyişməyib. ABŞ-la yanaşı Avstraliya, Böyük Britaniya, Gürcüstan və bir neçə NATO ölkəsi də analoji qərar verib.

Lakin Pentaqondan verilən son açıqlamalardan belə aydın olur ki, generallar Əfqanıstanı tərk etməmək üçün Baydenə müqavimət göstərirlər. Məsələn, iki gün əvvəl Pentaqonun sözçüsü admiral Con Kirbi bildirib ki, ABŞ ordusunun Əfqanıstandan çıxarılması üçün planlama hələ tam başa çatmayıb. O, xüsusi olaraq müqaviləli hərbçilərlə bağlı vəziyyətin qeyri-müəyyən olaraq qaldığını bildirib. Kirbi, hərbi qüvvələrin Əfqanıstanı tamamilə tərk etməsi ilə bağlı göstərişin olduğunu, eyni zamanda Əfqanıstanda bəzi müqaviləli hərbçilərə ehtiyac olacağını da ehtimal etdiklərini söyləyib.

Joe Biden's 3 bad Afghanistan War options, explained - Vox

Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatına görə, hazırda Əfqanıstanda 6100 nəfər müqaviləli ABŞ vətəndaşı olan hərbi qulluqçu var. Bu ilin əvvəlinə olan məlumata əsasən Əfqanıstanda ABŞ ordusunun 2500 hərbi qulluqçusu var. Göründüyü kimi, Əfqanıstanda əsas ABŞ qüvvələri məhz müqaviləli hərbçilərdir.

ABŞ ordusu daimi qalmayacaq - Əfqanıstan

Əfqanıstan müharibəsi ABŞ tarixinin ən uzun sürən hərbi əməliyyatı hesab olunur. 2001-ci il oktyabrın 7-də ABŞ ordusu 11 sentyabr terrorunun təşkilatçılarını təhvil vermədiyini əsas gətirərək Talibanın hakimiyyəti altında olan Əfqanıstana hücum edib. Taliban ABŞ ordusunun hücumu qarşısında tab gətirə bilməyib və bir neçə həftə ərzində Əfqanıstanın iri şəhərləri və hərbi bazaları ABŞ ordusunun nəzarətinə keçib. Taliban isə yenidən dağlara çəkilib. Bundan sonra ABŞ ordusunun və müttəfiqlərin Əfqanıstanda yorucu və uzun müharibə dövrü başlayıb. 2003-cü ildən etibarən isə Əfqanıstanda sülhü qoruma əməliyyatlarını NATO öz üzərinə götürüb. Lakin Əfqanıstanda böyük bir ABŞ hərbi kontingenti saxlanılıb və bu müddətdə Talibanla dağlarda əməliyyatlar davam edib. Bu müharibə 4 mindən çox ABŞ əsgərinin və minlərlə əfqanın ölümünə səbəb olub.

ABŞ ordusu 2011-ci ildə Əl-Qaidənin lideri Usama bin Ladeni Pakistanda qətlə yetirdikdən sonra Əfqanıstandan ordunun çıxarılması məsələsi gündəmə gəlib və 2014-cü ildə ordunun çıxarılması barədə qərar qəbul olunub. Lakin bu qərarı icra etmək mümkün olmayıb. ABŞ isə 2001-ci ildə terror qruplaşması elan edərək müharibəyə başladığı Talibanla zamanla danışıqlar masasına oturmalı olub. Çünki faktiki olaraq Əfqanıstan hakimiyyəti xarici dəstəyə rəğmən ölkədə nəzarəti ələ ala bilməyib. Maraqlıdır ki, demokrat Obama ilə yanaşı respublikaçı Tramp da Əfqanıstanı tərk etməkdə maraqlı olub. Tramp hətta Talibanla danışıqlara başlayıb və ötən ilin mayında razılaşma əldə olunub. Tramp Bayden and içənə qədər ordunu Əfqanıstandan çıxarmağı planlaşdırırdı. Maraqlıdır ki, bu mövqeyinə görə həm öz partiyadaşları, həm də demokratlar onu tənqid edirdi.

Bir çoxları anlayır ki, xüsusən də ötən ilin mayında Talibanla məlum razılaşmadan sonra Əfqanıstanda vəziyyət kəskin dəyişə bilər. 20 illik hərbi əməliyyatlar Əfqanıstanda Talibana son qoya bilmədi. Üstəlik Çin, Rusiya, İran kimi ABŞ-ın regiondakı güclü rəqibləri Talibanla əməkdaşlığı artırırdılar. Yəni faktiki olaraq Əfqanıstan müharibəsi perspektivdə ABŞ üçün ciddi başağrısına çevrilə bilər. Bu səbəbdən də ABŞ hakimiyyəti həm Əfqanıstanda sabitlik yaratmaq, həm də ordunu çıxarmaq üçün mümkün yollar axtarır. Trampın Talibanla masaya oturmaq planı məhz bu seçimlərdən biri idi.

Amerika Əfqanıstan bataqlığında – » Yenixeber.org - Oxu xəbərin olsun

Lakin Talibanla razılaşma ciddi riskdir. Çünki ABŞ ordusunun bu razılaşmadan sonra Əfqanıstanı tərk etməsi, ölkəni Talibana geri qaytarmaq mənasına gəlir. Taliban ABŞ ordusunun çıxmasından istifadə edərək yenidən hakimiyyəti ələ keçirə bilər. Bu isə 20 illik fəaliyyətin nəticəsiz, uğursuz sonluğu deməkdir. Bu mənada hərbi komandanlıq Əfqanıstanı tamamilə tərk etməmək üçün Baydenə müqavimət göstərir.
Əlbəttə, qərarı siyasətçilər verir. Amma o da məlumdur ki, ordu komandanlığının birbaşa yerli şəraitlə tanışlığı daha dərindir və bu məsələdə onların mövqeyi siyasi dairələrdə və ictimaiyyət arasında daha təsirli olur. Baxmayaraq ki, amerikalıların bir çoxu Əfqanıstan müharibəsinə son qoyulmasına tərəfdardır.

Əfqan müharibəsinin başa çatması ABŞ-ın regiondakı siyasətinə də təsir edəcək. Belə görünür ki, Vaşinqton Asiyadakı “yükünü” yüngülləşdirməyə çalışır. Bu həm də regional siyasətdə dəyişikliyin əlamətidir. İstənilən halda Əfqanıstan “bataqlığı” daha əvvəl Britaniya İmperiyası, 20-ci əsrdə SSRİ üçün “bataqlıq” rolunu oynayıb. ABŞ “sıralamada” 3-cü olmaq istəmir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …