Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ermənistan faşizmi yayanda, Fransa niyə səsini çıxarmırdı?” – Rufiz Qonaqov

“Fransanın mövqeyi 44 günlük Vətən müharibəsində də bəlli idi. Fransa ATƏT-in Misnk Qrupunun həmsərdlərindən biri olmasına baxayaraq, prosesə qərəzli, birtərəfli şəkildə müdaxilə etmək istəyirdi. Fransa Prezidenti də öz etirazını bildirmişdi. Bütün bunlar Azərbaycan ictimaiyyətində çox ciddi narazılıq yaratdı. Prezident İlham Əliyev dəfələrlə vurğuladı ki, belə hallar yolverilməzdir. Xüsusilə də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlət qərəzli, birtərəfli mövqe tutmamalıdır, obyektiv və tərəfsiz mövqedə durmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu AzTV-də yayımlanan “Əsas məsələ” proqramında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Hərbi Qənimətlər Parkı ilə bağlı qərəzli şərhinə münasibət bildirərkən deyib.

Rufiz Qonaqov bildirib ki, Fransanın Ermənistandakı səfirinin belə bir mövqedən çıxış etməsi əvvəlki notlar, birtərəfli dəstək, obyektivlik hissindən uzaq, qərəzli yanaşmadır:

“Bu, başadüşülən deyil və qətiyyən yolverilməzdir. Hərbi Qənimətlər Parkı muzeydir və təkcə bizdə deyil, bir çox ölkələrdə bu var. Bu muzey 44 gün ərzində Azərbaycanın hərbi qələbəsini nümayiş etdirir. Biz bunu niyə gizlətməliyik? Bunu bütün dünya ictimaiyyəti görüb və eyni zamanda həmin hərbi qənimətlər də Azərbaycan ordusunun möhtəşəm qələbəsini göstərir. Əslində Azərbaycanın rəsmi mövqeyini Ali Baş Komandan dəfələrlə bəyan edirdi ki, Ermənistan işğalçılıq siyasətindən, terrorçuluq əməllərindən əl çəkməlidir. Ermənistan Azərbaycanla müharibə apara bilməz. Azərbaycanın kifayət qədər güclü iqtisadiyyatı, ordusu var. Prezidentin açılışını etdiyi Hərbi Qənimətlər Parkı onları növbəti dəfə qıcıqlandırıb. Çünki yalan danışıblar, Franasnı da, erməni ictimaiyyətini aldadıblar ki, güya Ermənistan güclüdür, məğlubedilməzdir. Amma onlar 44 gün ərzində necə məğlub olduqları göz önündədir. Fransanın bu mövqeyini həm mərkəz, həm də bir ictimaiyyət nümayəndəsi olaraq qətiyyətlə pisləyirik. Fransa səfiri bu məsələlərə bu cür müdaxilə etməli deyil. Ermənistan faşizmi yayanda, Fransa niyə səsini çıxarmırdı? Erməni hərbi cinayətkar, faşist Qaregin Njdenin İrəvandakı heykəlini niyə görmür?”

Rufiz Qonaqov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən beynəlxalq konfransdakı çıxışı çox əhəmiyyətli və maraqlı idi. Politoloq bildirib ki, Prezident səsləndirdiyi fikirlərlə tarixi həqiqətləri beyin mərkəzlərinin diqqətinə çatdırdı:

“44 günlük Vətən müharibəsi dönəmində Prezident mütəmadi olaraq beynəlxalq KİV-lərə dəfələrlə verdiyi müsahibələrdə də, ADA Universitetində son çıxışı zamanı da tarixi həqiqətləri söylədi və beyin mərkəzilərinə çatdırdı ki, müharibədən əvvəl heç kimin Qarabağa getmək imkanı yox idi. Çünki o ərazilər tamamilə dağıdılıb, erməni vandalizmi bu torpaqlarda bizim tarixi izimizi silmək yolu tutub. Konfransda Prezident ermənilərin hansı vandalizmləri törətdiyini bir daha beyin mərkəzlərinin nümayəndələrinin, konfrans iştirakçılarının diqqətinə çatdırdı. Ermənilər deyirdi ki, bu ərazilərdə tarixən onlar yaşayıb, bəs niyə dağıdırdılar? Kim öz tarixi torpağını viran qoyar? Hərbi Qənimətlər Parkını, Ağdamı, işğaldan azad edilən digər yerləri görən beyin mərkəzlərinə qaranlıq məqamlar qalmadı. Qarabağ tarixi Azərbaycan torpağıdır. Eyni zamanda, Prezident bu çıxışında ATƏT-in Minsk Qrupu məsələsinə də toxunaraq bildirdi ki, artıq belə bir qurum kimə lazımdır, nə ilə məşğul olacaq? Fransa əgər bu cür münasibət sərgiləyirsə, obyektiv deyilsə, qərəzlidirsə, bundan sonra ATƏT-in Minsk Qrupunda hansı fəaliyyəti göstərəcək?”

Rufiz Qonaqov son günlər Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərlə bağlı da fikirlərini bölüşüb və qeyd edib ki, o, bir gün sərsəmləyir, səhəri etiraf edir:

Bu gün bir şey deyir, sabah tamamilə onun əksinə danışır. Bu, danılmaz həqiqətdir ki, Ermənistan məğlub olub və artı məğlub olduğunu artıq dərk edir. Özləri də etiraf edirlər ki, bu müharibədə tamamilə uduzublar, ölkələri darmadağın edilmiş vəziyyətdədir. Serj Sarkisyan da etiraf edir ki, Ermənistan çox ağır vəziyyətdədir. O, müharibəsində açıq şəkildə bildirir ki, Ermənistanın Azərbaycanla əlaqəsi olmalıdır. Çünki Ermənistan ağır vəziyyətdədir. Əslində Ermənistan özü özünü bu vəziyyətə gətirib. Ermənistanın düşdüyü bu vəziyyət onların terrorçuluq, işğalçılıq siyasətinin sonu idi”.

Postmüharibə dövründə Belarus Prezidentinin Azərbaycana rəsmi səfərinə də toxunan Rufiz Qonaqov bildirib ki, Lukaşenko Azərbaycanın dostudur. Ümumiyyətlə, Belarus-Azərbaycan münasibətləri hər zaman yüksələn xətt üzrə inkişaf edir:

“Birgə keçirilən mətbuat konfransında qeyd olundu ki, hər iki prezidentin qarşılıqlı olaraq 5 səfəri olub. Belarus Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi və qeyd etdi ki, baxmayaraq pandemiya şəraitidir, Belarus Prezidenti Azərbaycana dəvət olunub. Belarus bütün dövrlərdə, o cümlədən postmüharibə dövründə Azərbaycanın yanında olub. Belarusun KTMT-nin, Avrasiya İttifaqının üzvü olmasına baxmayaraq, Azərbaycana yanaşması ilə hər zaman fərqlənib. Dağlıq Qarabağla bağlı Belarus Prezidentinin mövqeyi, kommunikasiyaların qurulması, Dağlıq Qarabağda quruculuq işlərinə cəlb olunması Prezident İlham Əliyevin Belarusun və Lukaşenkounun Azərbaycana göstərdiyi münasibətə növbəti jesti, cavabı idi”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …