29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.
Bu barədə “Report”a Bakı Media Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da Ictimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.