Cümə , 22 Noyabr 2024
Drone Cameras

Cıdır düzündə 29 il əvvəlki şəkli ilə foto çəkdirdi – FOTO

Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

Boyukmillet.com xəbər verir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib.

“1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacağam. Həmin gündən hamımız olduq məcburi köçkün…. Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil”, – o bildirib.

Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib. Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …