Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Naxçıvanda toylarla bağlı yayılan məlumat yalan və gəvəzəlikdir – Rəsmi

Boyukmillet.com xəbər verir ki, internet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılmışdır.


Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır və gəvəzəlikdir. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcəkdir.

Check Also

FHN yağıntılı havaya görə əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə  FHN-dən məlumat …