Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedə bilər

“Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumatlar dərc edib.

Boyukmillet.com təşkilatın saytına istinadən xəbər verir ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur.

Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər. Sinqapur (192 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 191 ölkə) isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər.

Reytinqdə sonuncu – 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər.

Check Also

Süni intellekt bütün dünyada uşaqların təhsilini, oyunlarını və psixologiyasını necə dəyişdirir

Uşaqların həyatında süni intellektin (Sİ) rolu sürətlə artır – məktəb dərslərindən tutmuş ev oyunları və …