Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kubada 30 il sonra etiraz aksiyaları keçirilir

Kubanın bir sıra şəhərlərində diktaturaya və kommunistlərin hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, aksiya iştirakçıları “Rədd olsun diktatura!”, “Biz qorxmuruq!” kimi şüarlar səsləndiriblər.

Kuba paytaxtı Havanada pulemyotlar quraşdırılan avtomobillər də görünüb.

Kuba prezidenti Miqel Dias-Kanel iğtişaşları qızışdırmaqda ABŞ-ı ittiham edib. Onun sözlərinə görə, inqilabı müdafiə etməyin vaxtı çatıb.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan nümayişçiləri dəstəklədiklərini bildirib: “Vaşinqton dinc etiraz aksiyası iştirakçılarına istənilən güc tətbiqini ittiham edəcək”.

Qeyd edək ki, Kubada sonuncu dəfə etiraz aksiyaları 30 il əvvəl keçirilib.

Yeri gəlmişkən, bir müddət əvvəl Kuba hakimiyyəti COVID-19-a qarşı Rusiya və Çin vaksinlərindən imtina edib. Ötən həftə Kuba öz istehsalı olan “Abdala2” vaksinlərindən istifadəni təsdiqləyib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …