Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkənin birgə lizinq şirkəti yaratması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Boyukmillet.com  xəbər verir ki, müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır.

Yeni lizinq şirkəti “KamAZ” markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq.

Sənədi GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “KamAZ” ın baş direktoru Sergey Koqoqin imzalayıblar.

Check Also

İnvestisiya fəaliyyəti ilə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …